IQNA

Port Səid Beynəlxalq Quran yarışı başa çatıb

7:27 - February 10, 2024
Xəbər sayı: 3495441
İQNA – Port Səid şəhərində keçirilən beynəlxalq Quran və surud yarışı fevralın 6-da başa çatıb.

"İQNA", "Əl-Yəvmus-Sabi" saytına istinadən xəbər verir ki, beynəlxalq müsabiqənin bağlanış mərasimi, çərşənbə axşamı, fevralın 6-da qaliblərin mükafatlandırılması ilə keçirilib. Builki yarışma Misirin mərhum qarisi Şeyx Şəhhat Məhəmməd Ənvərin adına keçirilib.

Quran əzbəri kateqoriyasında Liviyadan Xalid Əbdülrəhman və Misirdən Əminə Xalid Əbdüləziz birgə birinci, Somalidən Əbdülqadir Yusif isə ikinci olublar.

Surud kateqoriyasında misirli Məhəmməd Rza Mahmud birinci, livanlı Ömər Əbdül Nasser ikinci, mərakeşli İlyas Vərdi üçüncü olub.

Gözəl səslə oxuma kateqoriyasında ilk üç yeri Misirdən Əsəm Əhməd, Tanzaniyadan Əhməd Səlim və Banqladeşdən Tənvir Əhməd tutub.

Mərasimdə prezident Şeyx Əbdülkərim Salih və Şeyx Əbdül Fəttah Taruti də daxil olmaqla münsiflər heyətinin üzvləri də mükafatlandırılıb.

Bağlanış mərasimi Quran ayələrinin oxunması ilə başlayıb. Daha sonra təşkilatçılara, münsiflər heyəti üzvlərinə, müsabiqə iştirakçılarına və tamaşaçılara təşəkkürünü bildirən Port Səid valisinin çıxışı ilə davam edib.

Dünyanın müxtəlif ölkələrindən, o cümlədən BƏƏ, Tunis, Əlcəzair, Sudan, Fələstin, İordaniya, Nigeriya, Keniya, Kanada, Livan, Mərakeş, Amerika, Yəmən, Efiopiya, İndoneziya, Uqanda, Pakistan və Hindistandan Qurani-Kərim hafizləri müsabiqədə iştirak ediblər.

4198589

captcha