IQNA

Şaban ayı Misir məscidlərində Qurani-Kərimin oxunması ilə qarşılanır

7:22 - February 12, 2024
Xəbər sayı: 3495451
İQNA - Misirin Vəqflər Nazirliyi Şaban ayının qarşılanması üçün ölkənin böyük məscidlərində Quran qiraət məclislərinin keçiriləcəyini açıqlayıb.

"İQNA", "Sədyul-Bələd" saytına istinadən xəbər verir ki, nazirliyin açıqlamasına görə, bu görüşlər Misirin mühüm məscidlərində sübh namazı bitdikdən sonra eyni vaxtda başlayacaq və səhər saat 10-a qədər davam edəcək.

Bu proqramda Qahirə İmam Hüseyn (ə) məscidində Qurani-Kərimin birinci və ikinci cüzləri xətm ediləcək.

Bundan əlavə, Misir Vəqflər Nazirliyi uşaqlar üçün xüsusi Quran tilavəti təlimləri və düzgün Quran tilavəti proqramları təşkil edəcək.

Bundan əlavə, Seyyidə Nəfisə məscidində ilk dəfə olaraq gənc qadınlar üçün Quran dərnəkləri keçiriləcək. Eynilə, Port Səid Beynəlxalq Quran və surud yarışının uğurlu təşkili Misir Vəqflər Nazirliyinin yeni ilin əvvəlindən təşkil etdiyi ən mühüm Quran tədbirlərindən biri oldu.

4198970

captcha