IQNA

Səudiyyə Ərəbistanında bir mağazanın Quranı xətm etmək üçün maraqlı təşəbbüsü

7:21 - February 13, 2024
Xəbər sayı: 3495456
İQNA - Səudiyyə Ərəbistanında bir mağaza Qurani-Kərimi bir ildə xətm üçün maraqlı təşəbbüslə çıxış edib.

"İQNA", "Əl-Vətən" saytına istinadən xəbər verir ki, bu ölkədəki mağaza sahibi pəncərəsinə Qurani-Kərim qoyub və yoldan keçənlərdən cümə günündən başqa hər gün bu Qurandan iki səhifə oxumağı xahiş edib.

Mağaza sahibinin yoldan keçənləri Qurani-Kərim oxumağa təşviq etmək cəhdi sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.

Ticarət mərkəzindəki mağaza sahibinin təşəbbüsü sosial şəbəkələrdə yayımlanıb.

Bu təşəbbüs çərçivəsində yoldan keçən bir çox insan Qurani-Kərimdən iki səhifə oxumaqla illik Quran xətmi proqramında iştirak edə bilər.

Ənənəvi və müntəzəm Quran oxuma icmalarında iştirak etmək imkanı olmayan insanlar üçün bu yenilikçi təşəbbüs Quran oxumağa uyğun alternativ ola bilər.

4199156

captcha