IQNA

Qoca misirli Quran yazmaq arzusunu yerinə yetirdi

13:09 - February 16, 2024
Xəbər sayı: 3495472
İQNA – Misirli Hacı Seyid Nofəl uşaqlıq arzusunu öz əli ilə altı müshəf yazmaqla həyata keçirib.

"İQNA", "Veto"saytına istinadən xəbər verir ki, qoca Şəndlət kəndindəndir və Hafiz və Quran katibidir. O bildirib ki, təqaüdə çıxıb övladlarını evləndirdikdən sonra nəhayət ki, uşaqlıq arzusunu həyata keçirə bilib.

Seyid Nofəl 2 il əvvəl həyat yoldaşının müşayiəti ilə Quran yazmağa başlayıb. Deyir ki, hər mühəfi yazmaq üçün altı ay iyirmi gün lazım olub.

Hazırda 60 yaşı olan qoca uşaqlıq illərində yaşadığı kənddəki ənənəvi Quran məktəbinə gedərək Qurani-Kərimi əzbərləməyi bacarıb. Məktəb müəllimi ondan əzbərlədiyi ayələri planşetə yazmağı istədikdən sonra bununla maraqlanıb. Quranı əzbərləyərkən onu da yazmağa qərar verdi.

Lakin həyatın çətinliyi və onun gətirdiyi vəzifələr səbəbindən gəncliyində bu arzusunu reallaşdırmaq mümkün olmayıb. Santa Şəhər Şurasında işləyən qoca təqaüdə çıxdıqdan sonra Quran yazmağa qərar verib.

Hacı Seyid Nofəl hər gün Quranı yazmağın Qurandan əzbərlədiyi ayələri unutmamağa kömək etdiyini və bu təcrübənin çox gözəl və dəyərli olduğunu bildirib.

Qoca həmçinin Qurani-Kərimin fəziləti sayəsində maaşlarının az olmasına və çətin həyat şəraitinə baxmayaraq övladlarını ən yaxşı universitetlərə göndərə bildiyini və onların Quranı əzbərlədiklərini bildirib.

O, həmçinin qeyd edib ki, son arzusu yeddinci Quranı Məscidül-Həramda öz əli ilə yazmaqdır.

Seyid Nofəl ümid edir ki, Əl Əzhər onun yazdıqlarını nəzərdən keçirəcək.

4199610

captcha