IQNA

İordaniyada 18-ci Beynəlxalq Qadınlar Quran Müsabiqəsi

7:38 - February 19, 2024
Xəbər sayı: 3495487
İQNA – Qadınların 18-ci İordaniya Beynəlxalq Quran Müsabiqəsi Vəqflər Nazirinin çıxışı ilə başlayıb.

"İQNA", İordaniya xəbər agentliyinə istinadən xəbər verir ki, İordaniyanın vəqflər naziri Məhəmməd ƏlXəlayilə fevralın 17-də 18-ci İordaniya Beynəlxalq Qadınların Quran Hifzi və Qiraəti Müsabiqəsinin açılışını edib. Müsabiqənin bu mərhələsində 39 ölkədən 41 nümayəndə iştirak edir.

Nazir bu yarışmanın Quranı əzbərləmək və dərk etməkdə motivasiya yaratmaq baxımından əhəmiyyətinə toxunaraq, “İndiki dünyada bizi doğru yola yönəldən, işləməyə, düşünməyə, həyatımızda uğur və qələbə yollarına və düzgün yola yönəldən Qurani-Kərimə təcili ehtiyacımız var” deyib.

Həmçinin nazirliyin Qadınlarla iş şöbəsinin müdiri Lemis Əl-Həzim bildirib ki, “Əl-Haşimiyyə” adı ilə tanınan qadınlar üçün beynəlxalq Quran müsabiqəsi 1993-cü ildə başlanmış ən qədim beynəlxalq Quran yarışlarından biridir.

Eləcə də, müsabiqə İslam ölkələrinin İordaniyadakı səfirləri, bu ölkənin bir çox yüksək vəzifəli siyasi və dini məmurları, icma imamları və xətiblərinin iştirakı ilə keçirilib.

Müsabiqə 22 fevral cümə axşamına qədər davam edəcək. Bağlanış mərasimində qaliblər elan olunacaq və mükafatlandırılacaq.

Sözügedən müsabiqədə İran İslam Cümhuriyyətini Tehran Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsinin tələbəsi, Quran hafizi Zəhra Abbasi təmsil edir.

4200453

captcha