IQNA

40-cı Beynəlxalq Quran Müsabiqəsinin qadınlar bölməsi sona çatıb

8:10 - February 20, 2024
Xəbər sayı: 3495501
İQNA – 40-cı Beynəlxalq Qurani-Kərim yarışının qadınlar arasında üçüncü və sonuncu günü on bir ölkədən yarışmaçıların iştirakı ilə keçirilib.

"İQNA", xəbər verir ki, bazar ertəsi günü, fevralın 19-u günortadan əvvəl İslam Zirvə Salonunda 40-cı Beynəlxalq Qurani-Kərim Yarışmasının qadınlar bölməsinin üçüncü və sonuncu yarışı keçirilib.

Yarışın qərargahının elan etdiyi bu bölmənin cədvəlinə əsasən, bu bölmənin üçüncü və sonuncu günündə on bir ölkədən nümayəndələr mübarizə aparıb.

Seneqal, Əfqanıstan, İran İslam Cümhuriyyəti, Kanada, Nigeriya, Oman, Amerika Birləşmiş Ştatları, Şri-Lanka, İndoneziya, Pakistan və Sinqapur təmsilçiləri həmin gündə çıxış edən ölkələr sırasındadır.

Bu yarışlar məktəblilər və böyüklər olmaqla iki mərhələdə keçirilib.

Qeyd edək ki, İran İslam Cümhuriyyətinin 40-cı Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimi cümə axşamı, fevral ayının 15-i İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Mədəniyyət və İslami İrşad naziri İsmaili və Təhsil naziri Rza Murad Səhrainin iştirakı ilə keçirilib.

Bağlanış mərasimi fevralın 21-də və qaliblərin elan edilməsi və mükafatlandırılması saat 15:00-dan 17:00-a qədər keçiriləcək. Fevralın 22-də cümə axşamı günü isə müsabiqə iştirakçıları və münsiflər heyətinin üzvləri İnqilabın Ali Məqamlı Rəhbərlə görüşəcəklər.

4200732

captcha