IQNA

Misir Vəqflər Nazirliyinin Ramazan ayı üçün Quran proqramları

11:31 - March 01, 2024
Xəbər sayı: 3495545
İQNA - Misir Vəqflər Nazirliyi müqəddəs Ramazan ayı üçün ölkə daxilində xüsusi Quran proqramlarının həyata keçiriləcəyini açıqlayıb.

"İQNA", "Sədyul-bələd"-ə istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyi Ramazan ayında Qurani-Kərimin təbliğ edilməsi məqsədilə 17 min 623 Quran məclisinin keçiriləcəyini açıqlayıb.

Nazirlik müqəddəs Ramazan ayı ərzində hər cümə namazından sonra imam camaatlar üçün 621, Vəqflər Nazirliyinin üzvləri üçün 846, camaat üçün isə 2507 Quran məclisi keçirməyi planlaşdırır.

Bunlardan əlavə, qadınlar üçün 5 xüsusi Quran məclisi və qadın təbliğatçılar üçün 35 xüsusi Quran məclisi keçiriləcək.

Bundan əlavə, səhər namazından sonra ustad qarilər tərəfindən xüsusi toplantılar keçiriləcək.

Nazirlik həmçinin Quran tədrisi və təlimi üçün 14 xüsusi mərkəzin istifadəyə veriləcəyini açıqlayıb.

4202377

captcha