IQNA

Misir məscidləri Ramazanı qarşılamağa hazırdır

10:28 - March 02, 2024
Xəbər sayı: 3495551
İQNA – Misir müqəddəs Ramazan ayını qarşılamağa hazırlaşır.

"İQNA", "Əl-Bələd" saytına istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyi müqəddəs aydan əvvəl məscidlərin yemilənməsi, təmiri və təmizlənməsini əhatə edən böyük bir plan hazırlayıb.

“Allahın evlərinə xidmət” şüarı ilə həyata keçirilən bu plan Şaban ayının sonuna qədər davam edəcək.

Bu layihə ilə yanaşı, Vəqflər Nazirliyi Ramazan ayı ərzində məscidlərdə ibadət edənlər üçün moizə proqramlarının və Quran fəaliyyətlərinin intensivləşdirilməsi üçün geniş kampaniyaya başlayıb.

Nazirlik həmçinin Quranın məna və məqsədlərinin düzgün başa düşülməsinin öyrədilməsi istiqamətində səylər çərçivəsində Quran məclisləri, təcvid və qiraət kursları təşkil etməyi planlaşdırıb.

Bundan əlavə, müqəddəs Ramazan ayının qarşılanması üçün Misirdə çoxdankı ənənə olan məscidlərin işıqlandırılması işləri aparılacaq.

4202577

captcha