IQNA

Əl-Əzhər Şeyxi: "İsrail Fitr bayramı ərəfəsində cinayətlərini davam etdirir"

5:43 - April 03, 2024
Xəbər sayı: 3495732
İQNA – Əl-Əzhər şeyxi İsrailin bayram ərəfəsində cinayətlərini davam etdirməsindən təəssüfləndiyini bildirib və deyib ki, bu cinayətlərə heç bir bəhanə ilə haqq qazandırmaq olmaz.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Əl-Əzhər şeyxi Əhməd Ət-Tayyib Ramazan bayramı yaxınlaşdıqca İsrailin Qəzza zolağına qarşı davam edən qəddar təcavüzündən kədərləndiyini bildirib.

Misir Kilsəsinin yepiskopu, Papa 2-ci Tavadrosun qəbulunda etdiyi çıxışda Əhməd Tayyib qeyd edib ki, Fitr bayramı yaxınlaşdıqca Qəzzə xalqı sionistlərin vəhşi, qəddar təcavüzündən əziyyət çəkməkdə davam edir.

Əl-Əzhər Şeyxi bu hücumlarda qadınların, uşaqların və gənclərin öldürüldüyünü, evlərin, məktəblərin və xəstəxanaların hədəf alındığını, dinin səsini, dəyər sistemini, əxlaqı və insani normaları boğmaqdan və bu səsə kar qalmaqdan başqa heç bir izahat və əsaslandırma yoxdur.

Təhlükəsizlik Şurasının Ramazan ayında mühasirədə olan bölgəyə hücumları dərhal dayandırmaq qərarına baxmayaraq, işğalçı rejimin Qəzzada dinc əhaliyə qarşı cinayətləri günü-gündən artır.

Sionist rejimin Qəzzə xalqına qarşı soyqırım müharibəsinin 179-cu günündə də evləri, tibb qruplarını və jurnalistləri hədəfə almaqda davam edir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, sionist rejimin Qəzzəyə hücumları nəticəsində 32 mindən çox şəhid və 75 mindən çox yaralı var, minlərlə insan hələ də dağıntılar altında itkin düşüb.

4208177

captcha