IQNA

Məscidül-Həramda Brayl əlifbası ilə Qurani-Kərim paylanılıb

5:30 - April 09, 2024
Xəbər sayı: 3495764
İQNA - Məscidül-Həram və MəscidünNəbinin Ümumi Müdirliyi Ramazan ayının son günlərində Məscidül-Həramda Brayl əlifbası ilə Qurani-Kərimin paylanıldığını bildirib.

"İQNA", "Əl Məkkə" saytına istinadən xəbər verir ki, bu, Ramazan ayının son günlərində gözdən əlil və görmə qabiliyyəti zəif olan ümrə ziyarətşilərinə xidmət etmək məqsədilə həyata keçirilir.

Baş İdarədən verilən açıqlamada, bu təşəbbüs dünyanın hər yerindən Ümrə üçün Məscidül-Hərama gələn gözdən əlil insanlara dini-mənəvi mühit yaratmaq və onlara ən yaxşı xidmət göstərmək məqsədi ilə həyata keçirilir.

Bundan əlavə, gözdən əlillər üçün Qurani-Kərimi Brayl əlifbası ilə rahat oxuya bilmələri üçün elektron Quran proqramının hazırlandığı bildirilib.

Məscidül-Həram və Məscidün-Nəbi rəhbərliyi daha əvvəl Ramazan ayının rəqəmsal transformasiya planını həyata keçirmək üçün münasib fürsət olduğunu açıqlamışdı.

O, zəvvarlara xidmət etmək üçün süni intellekt və müxtəlif robotlar kimi yeni texnologiyalardan istifadə sahəsinə daha çox investisiya qoyulacağını açıqlayıb.

Bundan əlavə, zəvvarların Qurani-Kərimi müxtəlif dillərə düzgün tərcümə etmələri üçün yeni proqramlar da tətbiq edilib.

  4209200

captcha